TEXNOPOS DEMO — 7 GÜN / 20 SATIŞ

BAŞLAMAQ
1. TEXNOPOS-Demo.zip arxivinin bütün fayllarını ayrıca qovluğa çıxarın.
2. TEXNOPOS-Demo.exe faylını açın. Login, SQL və DB quraşdırılması lazım deyil.
3. Masa seçin, nümunə menyudan məhsul əlavə edin.
4. NAĞD ÖDƏNİŞ və ya KART ÖDƏNİŞİ seçib “Satışı tamamla” düyməsini basın.
5. Qəbzə və HESABATLAR bölməsinə baxın.

LİSENZİYA
- Müddət ilk açılışdan başlayır: 7 gün (168 saat).
- Cəmi 20 tamamlanmış qaimə: masa, sürətli satış və kuriyer birlikdə sayılır.
- Hansı limit əvvəl bitərsə, yeni satışlar həmin anda dayanır.
- Sifarişə məhsul əlavə etmək, ləğv etmək, qəbzə baxmaq və yenidən çap sayılmır.
- Proqramı bağlayıb açmaq və qovluğu dəyişmək limiti sıfırlamır.
- Kompüterin tarixini geri çəkmək demo istifadəsini bloklayır.
- Bitmiş demoda əvvəlki satış hesabatlarına və qəbzlərə baxmaq mümkündür.

DEMONUN İMKANLARI
12 nümunə masa, 18 nümunə məhsul, məhsul əlavə etmək / redaktə,
sifarişlərin saxlanması, say və endirim, nağd və kart sınaq ödənişi,
pul üstü, qəbzin baxışı / TXT ixracı / Windows printerində çapı,
satış hesabatları. Nümunə məhsul qiymətləri yalnız nümayiş üçündür.

BU AYRICA BAZASIZ DEMODUR
DebugTemp versiyasının TEXNOPOS marka elementləri və masa / adisyon
iş axını əsasında hazırlanıb. Tam proqramın bütün modullarını ehtiva etmir.
SQL Server, anbar / istehsalat, WhatsApp, mobil tətbiq, istifadəçi
səlahiyyətləri və fiskal cihaz inteqrasiyası bu paketə daxil deyil.
Kart ödənişi bankdan pul tutmur. Qəbzlər DEMO kimi işarələnir.

TƏLƏBLƏR
Windows və .NET Framework 4.7.2 və ya daha yeni uyğun 4.x versiyası.
Minimum ekran ölçüsü 1024×700. Proqram administrator hüququ istəmir.
Demo oflayn işləyir. Çap üçün Windows-da quraşdırılmış printer lazımdır.

YADDAŞ
Demo məlumatı cari Windows istifadəçisi üçün şifrələnmiş formada
%LOCALAPPDATA%\TEXNOPOS\Demo-v1 qovluğunda və Windows reyestrində saxlanır.
Əsas restoran proqramının bazası və ayarları istifadə edilmir.

ƏLAQƏ
Tam versiya və texniki dəstək: +994 70 849 99 49
info@texnopos.com
